AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

  • + A
  • - A
  • 7-09-2021, 17:20

    Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

    DİM tərəfindən peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanlar təşkil olunacaq.
    “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.

    İmtahanlardan müvəffəqiyyətlə keçən namizədlərə aşağıdakı növ sertifikatlar verilir:
    1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
    2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
    3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

    İmtahanlar 2 mərhələ üzrə keçiriləcəkdir:
    1-ci mərhələ mühasibat uçotu üzrə test tapşırıqlarını, 2-ci mərhələ qanunvericilik üzrə test tapşırıqlarını əhatə edirr.

    İmtahanların keçirilmə qrafiki

    Sertifikat növü İmtahanlarda iştirak etmək üçün qeydiyyat İmtahanın adı Keçirilmə tarixi
    1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı
    2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı
    3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I,II səviyyə (İSMUBS) peşəkar mühasib sertifikatı 11.10.21–07.11.21 1-ci mərhələ
    "Mühasibat uçotu" 21.11.2021
    2-ci mərhələ
    Büdcə (yalnız İSMUBS üzrə)
    Vergi
    Mülki
    Əmək
    qanunvericiliyi 28.11.2021

    Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilmişdir. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

    Namizədlərin nəzərinə çatdırırıq ki, müvafiq standartlar və mühasibat uçotu üzrə qanunvericilik aktları Maliyyə Nazirliyinin (http://maliyye.gov.az/) internet səhifəsində, bu və ya digər qanunvericilik aktları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasında (http://www.e-qanun.az/) yerləşdirilmişdir.

    İmtahanlarda iştirak etmək istəyən namizədlər daha ətraflı məlumat əldə etmək məqsədi ilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə tanış olsunlar.

    Baş mühasiblər tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətləri və ardıcıllığı haqqında məlumat isə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il 464 nömrəli qərarında öz əksini tapmışdır.

    Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR