AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gülağa Tənha baş redaktoru məhkəməyə verdi - FOTO/VİDEO

  • + A
  • - A
  • 10-09-2021, 08:44


    Şair, xeyriyyəçi və iş adamı Gülağa Tənha “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovu məhkəməyə verib.

    Şairin mülki, yoxsa xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırmasından xəbərsiz olduğunu deyən baş redaktor bildirib ki, Gülağa Tənha ilə həmkəndlidir və rəhbəri olduğu portalda həmişə onun barəsində müsbət fikirlər tirajlanıb:

    “Bir çox məmur, ziyalı, iş adamı vardır ki, illərlə onlar haqqında xoş söz danış, bir dəfə “sağ ol” deməz. Elə ki, barələrində tənqid danışdın və ya yazdın səninlə düşmən olacaqlar. Gülağa Tənha həm alim, həm şair, həm də xeyriyyəçi iş adamı kimi tanınır. Ölkəmizdə, eləcə də doğma qəsəbəmizdə zaman-zaman xeyriyyə işləri görüb. Onun gördüyü bu xeyirxah işlər barədə hər zaman müsbət fikirdə olmuşam. Rəhbəri olduğum “Asiya.az” xəbər portalında Gülağa müəllimin barəsində müsbət xarakterli məqalələr dərc edilib. Rəhbərliyim ilə qəsəbəmiz haqqında çəkilən “Ərkivan” sənədli filmində Gülağa Tənha haqqında xoş sözlər söylənilib. Onun gördüyü işlər təqdir olunub”.

    Gülağa Təhna ilə şəxsi tanışlığının olmadığını deyən Cəfər Cəfərov əlavə edir ki, bu yaxınlarda Gülağa Tənhanın saytlardan birində “Ali baş Komandan nə edirsə, doğru edir. Mən də bu gün muxalifyönlü, üçüncü sinif təhsili olan “montyorlara”, qəssablara, bazarda qarpız satanlara müraciət edirəm ki, hörmətli demoqoqlar cənab Prezidentin işinə qarışmayın. O özü “Nəyi?”, “Nə vaxt?” və “Necə?” etmək lazım olduğunu yaxşı bilir” kimi müsahibəsinə rast gəlib:

    “44 günlük Vətən müharibəsi dövründə, müharibənin bütün cəbhələrdə, həbri, diaspora, informasiya cəbhələrində getdiyi dövrlərdə, ordumuza maddi və mənəvi yardım lazım olan vaxt sanki qeybə çəkilən Gülağa Tənha qazandığımız tarixi Zəfərdən 1 il keçəndən sonra belə bir müsahibə verib. Bəli o indi peyda olaraq, müharibə dövründə mərdlik, pandemiya dövründə birlik göstərən sadə xalqa “ağıl” verib. Hörmətli şairimizi təkcə Vətən Müharibəsi günlərində deyil, Koronovirus pandemiyasının tuğyan etdiyi vaxtlarda, xalqımızın bir hissəsinin işsiz qalıb, bir qarın yeməyə möhtac olduğu vaxtlarda da onu tapa bilmədik.

    Xatırladım ki, sədirlik etdiyim “Ərkivan” Xeyriyyə Cəmiyyəti həmin vaxt digər xeyirxah həmyerlilərimizin dəstyi ilə Gülağa müəllimin qonşularına, qohumlarına yardım paylayırdı. Onun sadə xalqı təhqir edərək verdiyi bu müsahibə mənə toxunmaya bilməzdi. Fəaliyyətim boyu ilk dəfə olaraq Gülağa Tənhaya bir kiçik tənqidi xəbər hazırladım. Və nəticədə o, məni məhkəməyə verdi.

    Jurnalist qeyd edir ki, tənqidi məqalədə heç bir təhqir elementi olmayıb: “Ona xatırlatdım ki, Vətənimiz düşmən tapdağından azad edilərkən minlərlə vətən oğlu şəhid, minlərlə övladımız qazi oldu. Bu igidlərin əksəriyyəti sizin bəyənmədiyiniz, demoqoq deyərək təhqir etdiyiniz üçüncücü sinif təhsili olan “montyorların”, qəssabların, bazarda qarpız satanların övladı idi. İndi sabitlik, sakitlik vaxtı boğazdan yuxarı söz demək yox, iş görmək lazımdır. Əgər həqiqətən də kömək etmək istəyirsinizsə biz sizə istiqamət verərik.”

    Bu haqlı iradımdan sonra bir qurup troll, yala gedən şəxslər tərəfindən təhqirlərə məruz qaldım. Gülağa Tənhanın vəkili Ağalar Quliyev zəng edərək xəbəri saytdan çıxarmağımı tələb etdi. Ardınca onun özü ərkivanlılara və media nümayəndələrinə müraciət edərək ünvanıma təhqirlər yağdırdı. Açığını desəm, ona reaksiya vermədim. Rəhbərlik etdiyim saytın ona açıq olduğunu, hər hansı açıqlaması olarsa, dərc etməyə hazır olduğumuzu bildirdim. Görünür bizim “qəhrəman”ın əsəbi hələ də soyumayıb. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsindən Qənbərov Gülağa Məmi oğlunun iddia tələbinə dair 2(004)-5940/2021 saylı iş üzrə cavabdeh qismində 21.09.2021-ci il tarixində məhkəmə iclasına çağrılmışam. Hələ ki, onun hansı tələbi irəli sürməsindən xəbərsizəm”. – deyə C. Cəfərov fikrini yekunlaşdırıb.

    Asiya.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR