AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

63 ölkədən soydaşlarımız YAŞAT FONDU üçün maddi dəstək verib

  • + A
  • - A
  • 8-12-2021, 13:14

    63 ölkədən soydaşlarımız YAŞAT FONDU üçün maddi dəstək verib

    "Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən Yaşat marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız maddi yardıma qoşuldu".
    Azadmedia.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaşat Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib. 

    O qeyd edib ki, marafon yaradılanda tək bir gün üçün 1 milyon manatdan artıq vəsait toplandı və Yaşat Fonduna köçürüldü: "Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd Dermaton cərrahi aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilmişdi". 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR