AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var

  • + A
  • - A
  • 8-12-2021, 13:47


    “Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var”.
    Bu barədə "YAŞAT" Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında Fondun rəhbəri Elvin Hüseynov bildirib.

    O qeyd edib ki, artıq 49 milyondan çox vəsait 4 fəaliyyət istiqamət üzrə xərclənib:
    “Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57 təşkil edir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə: 32 477 789.50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə isə 11 128 461.65 AZN vəsait xərclənib”.
    E. Hüseynov qeyd edib ki, ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 115-si ölkəyə geri qayıdıb. Hazırda 39 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir. YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR