Türkiyənin Azərbaycandakı səfirliyi Qars şəhərinin Sarıqamış rayonunda dünən baş verən ağır yol qəzasında ölən azərbaycanlıəların ailələrinə başsağlığı verib.
AzadMedia.az xəbər verir ki, bu barədə səfirliyin tvitter hesabında paylaşım edilib.
“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vatandaşı olmaqla dörd nəfər həyatını itirib. Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı, yaralılara şəfalar diləyirik”, - səfirliyin paylaşımında qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.