AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü - 662 yeni yoluxma...

  • + A
  • - A
  • 21-12-2021, 19:19


    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1 452 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

    Xatırladaq ki, 20 Dekabr 2021-ci il tarixində 577 yoluxma faktı və 9 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 365 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 985, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 622 nəfərdir.

    Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü - 662 yeni yoluxma...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR