Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 826 yeni yoluxma faktı qeydə alınıb, 1597 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Xatırladaq ki, 04 oktyabr 2021-ci il tarixində 391 yoluxma faktı və 11 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 572 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 623 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 971 249 təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.