AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BAŞ DİREKTOR MAGİSTRANTLARI QƏBUL ETDİ

  • + A
  • - A
  • 12-01-2022, 16:39


    "Azəriqaz" İstehsalat Birliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış müqaviləyə əsasən Universitetin Biznesin iqtisadiyyatı və menecment kafedrasında "Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması" proqramı üzrə magistura pilləsi üzrə təhsil alan Vəliyev Kamran və Əlizadə Əlibəy magistr dissertasiyasına rəhbərlik üçün Birliyə göndəriliblər. Azəriqaz İB-dən Azadmedia.az-a verilən məlumata görə Birliyin baş direktoru Ruslan Əliyev magistrantlarla görüşüb, onların təhsil istiqamətləri üzrə tədqiqat aparmaq istədikləri sahələrlə maraqlanıb, dissertasiya mövzusunu müəyyənləşdirmək üçün öz tapşırıq və tövsiyələrini verib. Görüşdə həmçinin Birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirov, Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov da iştirak edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR