AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB-DƏ İCTİMAİ ŞURANIN TƏŞKİLİNƏ DAİR İLK İCLAS KEÇİRİLDİ

  • + A
  • - A
  • 25-02-2021, 16:50


    “Azəriqaz” İstehsalat Birliyinin yanında İctimai Şuranın fəaliyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının videokonfrans formatında iclası keçirilib. İclasda Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Təmir-Tikinti İdarəsinin rəisi Vidadi Həsənov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov və Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak edib. Birliyin rəhbər şəxsləri ilə yanaşı, iclasa “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev, “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, “Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri Ülvi Əliyev də qatılıblar.

    İclasda Seçki Komissiyasının sədrinin seçilməsi, İctimai Şuranın üzvlərinin say həddinin müəyyən edilməsi və digər məsələlər müzakirə edilib.
    Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov İctimai Şuranın yaradılması ilə əlaqədar Birliyin baş direktoru cənab Ruslan Əliyevin təşəbbüsünə dəstək verdikləri üçün iştirakçılara təşəkkürünü bildirib. O, əlavə edib ki, “Azəriqaz” İB qaz təchizatı sahəsində göstərdiyi xidmətlər üzrə abonent məmnuniyyətinə nail olunmasını, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasını, ictimaiyyətlə səmərəli, qarşılıqlı və faydalı əlaqələrin qurulmasını prioritet vəzifə hesab edir.

    Daha sonra bu sahədə kifayət qədər iş təcrübəsi olan “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Seçki Komissiyasına sədr seçilib. O cümlədən, “Azəriqaz” İB üçün İctimai Şuranın üzvlərinin say həddinin 11 nəfərdən ibarət olması məqsədəuyğun sayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR