AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitə Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı hərəkətə keçdi

  • + A
  • - A
  • 16-01-2022, 15:23

    Komitə Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı hərəkətə keçdi

    Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.

    Bu barədə Azadmedia.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

    Onun sözlərinə görə, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.

    "Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - Dövlət Komitəsinin sözçüsü bildirib.

    Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər yayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR