Dünəndən sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "AzərSuTikinti" Xəstəxanasının bağlanması barədə xəbər dolaşır. Hətta işçilərin narazılıq videosu da yayılmışdı. Xəstəxana bağlanırmı? Orada çalışanların taleyi necə olacaq? Azadmedia.az bu sualla TƏBİB-ə müraciət edib. TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış, "Nizami Tibb Mərkəzi" PHŞ-ya istinadən bildirdi ki, hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimi fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub . Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər.
Elnarə xanım onu da qeyd edək ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibatı zamanı nəzərə alınıb.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.