AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar elminin zirvəsinə yüksəlmiş dəyərli alimə dost təbriki

  • + A
  • - A
  • 19-01-2022, 08:00

    Aqrar elminin zirvəsinə yüksəlmiş dəyərli alimə dost təbriki

    ADAU-nun rektoru, professor İbrahim Cəfərovun ad günüdür. İşlədiyi, rəhbərlik etdiyi təhsil ocağında minlərlə tələbənin sevimlisi olan, yeri gələndə onlara mənəvi atalıq edən İbrahim müəllim 32 ildir ki, ad günü 20 Yanvara təsadüf etdiyindən, özünə ad günü keçirmir. Torpaqlarımızın müstəqilliyi yolunda övladı qədər sevdiyi tələbələri canından keçən vətənpərvər rektordan başqa hərəkət gözləmək də mümkün deyil.

    Sadəliyi bir gözəllikdir. Onun sadəliyi tələbələrlərilə yeməkxanada yemək yeyəndə də görünüb, tələbələrin şad günlərində rəqs edəndə də.
    Tələbkardı. Bacardığı qədər semestr imtahanlarında şəxsən iştirak edir işlərinin çoxluğuna rəğmən.

    Narahatdı tələbələri üçün. Maddi çətinlik yaşamasınlar, qaldıqları mühitdə korlanmasınlar deyə, tələbələri üçün yaratdığı yataqxana şəraiti çox ali təhsil ocaqlarına nümunədir.

    Vətənpərvərdir. Vətən müharibəsi dövründə Gəncəyə raket atılanda yataqxananın qapılarını dərhal zərərçəkənlərin üzünə açdı.
    Şərəfli ömür yolunun 66-ci pilləsinə - müdriklik zirvəsinə yetişən alimin həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa nəinki özünün, tələbələrinin, kollektivinin, dostlarının da tam haqqı çatır. Onu yaxından tanıyanlar çox yaxşı bilir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor, kənd təsərrüfatı elmləri doktoru olan bu ziyalı həyatının ən qaynar illərinin 40 ildən artıq dövrünü aqrar elmin, ali təhsilin, ADAU-nun inkişafına sərf edib, aqrar kadr hazırlığı prosesində yaxından iştirak edib. Aqrar elminin zirvəsinə yüksəlmiş dəyərli alim aqrar mütəxəssis hazırlığı prosesinə böyük töhfələrini verib.

    Yüksək insani keyfiyyətləri, xalqa, dövlətə təmənnasız xidməti ilə fərqlənən İbrahim müəllim üzərinə düşən vəzifələrin öhdəsindən hər zaman müvəffəqiyyətlə gəlib, ictimaiyyətin hörmətini qazanıb. İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur, kənd təsərrüfatı elmləri doktoru, professordur. Bəlkə də məzunu olduğuna görədir onun ADAU-ya hədsiz bağlılığı...

    İbrahim Cəfərovun danılmaz əməyi cənab Prezident İlham Əliyev tərəfindən qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    İbrahim müəllim haqqında, onun elmə verdiyi töhfələr haqqında, rəhbərlik etdiyi təhsil ocağına gəlişindən sonra müsbətə doğru dəyişikliklər haqda saatlarla yazmaq, danışmaq olar.

    Cənab rektor, dəyərli professor, hörmətli İbrahim müəllim, öz adımdan və rəhbərlik etdiyim Azadmedia.az Xəbər Portalının kollektivi adından Sizi ən xoş arzularla təbrik edir, can sağlığı, xoş günlər arzulayıram.

    Dərin hörmətlə Xəlil Xəlilov,
    Azadmedia.az Xəbər Portalının təsisçisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR