AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 Yanvar həm də milli həmrəyliyin təzahürü günüdür

  • + A
  • - A
  • 20-01-2022, 10:38

    20 Yanvar həm də milli həmrəyliyin təzahürü günüdür

    İbrahim Cəfərov,
    ADAU-nun rektoru, professor


    20 Yanvar faciəsinin ildönümüdür. Bu tarix 32 ildir ki, ümumxalq faciəsi kimi Azərbaycan tarixinə həkk olunub.

    1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Həmin gecə şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular. O gün faciə ilə yaddaşlarımızda qalsa da, xalqın milli oyanışında, müstəqilliyə doğru addımlarda böyük rol oynadı. 20 yanvar şəhidləri heç vaxt unudulmur. Onların xatirələri əziz tutulur, ailə üzvləri həmişə dövlətin diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev 20 yanvar hadisələrinə siyasi qiymət verməklə kifayətlənmədi.

    Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Onun layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

    Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Şəhidlərin ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR