AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin daha bir uğura imza atıb

  • + A
  • - A
  • 23-01-2022, 21:52

    İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin daha bir uğura imza atıb

    Kənd Təsərrüfatı Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə İvanovka Mədəniyyət Mərkəzində VII Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib.
    2 gün davam edən beynəlxalq Konfransda Türkiyədən, Macarıstandan, Litvadan və Azərbaycandan qatılan arıçılıq sahəsinin elm adamları, iş adamları və həmin ölkələrin peşəkar arıçıları bilik və bacarıqlarını yerli arıçılarla bölüşüblər. Yerli arıçıların qarşılaşdığı çətinliklərin həlli istiqamətində peşəkar arıçılar təlim-treyniq keçiblər.
    Konfrans iştirakçıları əvvəlcə arı məhsulları və istehsal prosesində istifadə olunan avadanlıqların sərgisi ilə tanış olublar.
    Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Kənd Təsərrüfatı Nazirinin müavini Sərvan Cəfərov konfransda Azərbaycanda arıçılığın inkişafı istiqamətində son illər görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda ölkəmizdə arıçılıq məhsullarının dəyər zəncirinin bütün seqmentləri üzrə inkişaf dinamikası izlənilir.
    Türkiyyə Arı Malzemeleri Ürüticileri Birliği Başkanı Vahdettin Küçükbenli arıçılıq məhsullarının istehsalının artırılması üçün beynəlxalq təcrübə mübadiləsinin olduğunu deyib.
    İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Arıçılıq ixtisası üzrə təhsil alan bir qrup tələbəsi və kənd təsərrüfatı ixtisasları üzrə qruplarda fəaliyyət göstərən bir qrup istehsalat təlim ustaları da tədbirdə iştirak ediblər.
    Tədbir çərçivəsində keçirilən "Bal yarışmasında" birinci yeri uğurlu məzunumuz Anar Məmmədov qazanmışdır. Azadmedia.az qalibi təbrik edir, uğurlar arzu edir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR