AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil nazirinin müavini İdris İsayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan məzun günü tədbirində iştirak edib

  • + A
  • - A
  • 30-06-2021, 18:54


    İyunun 30-da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib.

    Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib.

    Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərindən söz açıb. Nazir müavini peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib.

    İdris İsayev peşə təhsilinin ölkəmizin iqtisadiyyatına, davamlı sosial-iqtisadi inkişafına, səriştəli mütəxəssislərin yetişməsinə töhfə verməsi üçün peşə təhsil müəssisələrinin müasir infrastrukturla təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.

    Nazir müavini çıxışının sonunda 2020-2021-ci tədris ilinin məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.

    Tədbirdə qeyd olunub ki, cari tədris ili üzə mərkəzdə 140 tələbə məzun olub və onlardan 12 nəfəri müvafiq müəssisələrdə işlə təmin olunub.

    Tədbirdə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, mərkəzin yaxından əməkdaşlıq etdiyi işəgötürən qismində çıxış edən şirkət nümayəndələri, fəxri məzunlar, müəllim və valideyn kollektivi iştirak edib.

    Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsini 13 300-dən çox məzun bitirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR