AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil idarəçilərinin inkişafı seminarı keçirilib

  • + A
  • - A
  • 19-02-2022, 14:58

    Təhsil idarəçilərinin inkişafı seminarı keçirilib

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsil idarəçilərinin inkişafı seminarı keçirilib.
    Seminarda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
    BŞTİ-nin Ümumi təhsil sektorunun böyük məsləhətçisi Tural Hətəmov giriş sözü ilə çıxış edərək təhsil idarəçilərinin Türkiyənin İzmir şəhərinə təlim səfəri və təhsil idarəçilərinin inkişafı seminarının təşkilinin məqsədləri barədə ətraflı məlumat verib.

    BŞTİ-nin müdiri Mehriban Vəliyeva təlim səfərinin və seminarın təşkilinin əhəmiyyəti barədə danışıb. Yeni təyin olunmuş direktorların məktəb mühitinin səmərəli təşkili istiqamətində təcrübə qazanması baxımından bu cür təlimlərin faydalı olduğunu diqqətə çatdırıb.
    M.Vəliyeva eyni zamanda, tədrisin təşkili, valideyn-məktəb əməkdaşlığı, uşaqlara fərdi yanaşma, yeni nəsillərin tələb və ehtiyaclarının düzgün dəyərləndirilməsi mövzularına da toxunub.
    Seminarda Tükiyənin İzmir şəhərinə təlim səfərində iştirak edən məktəb direktorları “Anlaşmazlığın idarəedilməsi”, “Pedaqoji etika”, “Strateji planlaşma”, “Fasilə”, “Liderlik”, “Protokol qaydaları” və “Ünsiyyət” mövzularında yeni təyin olunmuş məktəb rəhbərləri qarşısında təqdimatlarla çıxış ediblər.
    Bundan əlavə, seminarda məktəb mühiti, münasibətlərin tənzimlənməsi, maraqların toqquşmasından irəli gələn vəziyyətdə davranış, pedaqoji etika, strateji planlaşma, liderlik, protokol qaydaları, qarşılıqlı ünsiyyət, məktəb-valideyn əməkdaşlığı və digər maraqlı mövzular ətrafında da müzakirələr aparılıb.
    Daha sonra təlim səfərində iştirak etmiş nümayəndə heyəti İzmir Təhsil İdarəsinin xatirə hədiyyəsini BŞTİ-nin müdiri Mehriban Vəliyevaya təqdim edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR