AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU ilə Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

  • + A
  • - A
  • 23-02-2022, 20:38

    BDU ilə Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

    Bakı Dövlət Universiteti (BDU) ilə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

    Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Qlazov Dövlət Pedaqoji İnstitutunun rektoru Yanina Çiqovskaya-Nazarova imzalayıb.

    Müqavilənin məqsədi tərəflər arasında təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Müqaviləyə əsasən, tərəflər arasında qısamüddətli və uzunmüddətli peşəkar təcrübə məqsədi ilə akademik mübadilə, qarşılıqlı maraq doğuran sahələrdə yüksəkixtisaslı elmi-pedaqoji kadrların və mütəxəssislərin hazırlanması, yenidənhazırlıq və ixtisasartırma, ikili diplom üzrə təhsil proqramların hazırlanması həyata keçiriləcək.

    Əməkdaşlıq müqaviləsi həmçinin ali məktəblərin professor-müəllim heyətləri tərəfindən qarşılıqlı mühazirələrin və ustad dərslərinin keçirilməsi, birgə elmi və elmi-texniki tədqiqatların aparılması, mövcud təhsil proqramları çərçivəsində qrantların alınması üçün birgə müraciətlərin hazırlanmasını və s. nəzərdə tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR