AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTU ilə “Atena” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

  • + A
  • - A
  • 3-06-2021, 15:50


    Azərbaycan Texniki Universiteti (AzTU) və “Atena” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
    Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərovanın verdiyi məlumata görə müqaviləni rektor Vilayət Vəliyev və şirkətin qanuni təmsilçisi Ceyhun Bəxtiyarlı imzalayıb. İmzalanan sənədə əsasən, tərəflər müştərək layihələrin icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, gənc kadrların fərdi inkişafı, motivasiya xarakterli tədbirlərin təşkili, əmək bazarının tələblərinə uyğun müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanmasına kömək məqsədi ilə əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində AzTU tələbələrinin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunası təmin olunacaq. Tərəflər arasında birgə elmi-nəzəri və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR