ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması layihəsinin 3-cü rüb yekunlarına dair dəyirmi masa keçirilib. Dövlət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihənin icrası ilə əlaqədar problemlər, həllini tapmış və tapmamış məsələlər müzakirə edilib. Üçüncü rübün nəticələrinə görə Onlayn İctimai Nəzarət Platformasında vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün “Azəriqaz” İstehsalat Birliyi ən fəal dövlət müəssisəsi kimi təltif olunub.
Azadmedua az kollektivi bu münasibətlə
Azəriqaz İB-nin bütün kollektivini təbrik edir, yeni uğurlar arzulayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.