“İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın beynəlxalq səviyyədə yüksək iş təcrübəsi var”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
O bildirib ki, Beynəlxalq Komissiyada yüksək səviyyəli mütəxəssislər mövcuddur:
“Ona görə də qərara almışıq ki, bu komissiya ilə əməkdaşlıq edək və I Qarabağ müharibəsi dövründə itkin düşən şəxslərin axtarışları, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı bu təşkilatdan yardım alaq. Vətən müharibəsində itkin düşən 5 nəfərin tapılması və axtarışı üçün də bu komissiyaya müraciət olunub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.