AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU 2022-ci il üçün doktoranturaya qəbul elan edir

  • + A
  • - A
  • 5-04-2022, 13:30

    BDU 2022-ci il üçün doktoranturaya qəbul elan edir

    Bakı Dövlət Universiteti 2022-ci il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edir.
    Sənədlərin qəbulu 2022-ci il aprelin 5-dən mayın 5-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
    Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsindən və rəsmi internet səhifəsindən (www.bsu.edu.az, http://md.bsu.edu.az) əldə etmək olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR