Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayevin Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı başsağlığı verib.
Azadmedia.az Report-a istinadən xəbər verir ki, diplomat başsağlığı mesajını Feysbuk səhifəsində paylaşıb.
“Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayev Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. O, Qəhrəman Dəniz Korpusunun bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Onun xatirəsi əbədi yaşayacaq”, - səfir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.