AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd edir

  • + A
  • - A
  • 23-05-2022, 13:41

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd edir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramlarının qeyd olunmasına Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu Öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

    Nazirlikdə keçirilən tədbirdə ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənənlərə “Fəxri Fərman”lar verilib, Nazirliyin kollektivi adından ölkə prezidentinə müraciət qəbul olunub.

    Qeyd edək ki, Nazirliyin əməkdaşları bu gün peşə bayramlarını əkilən ağaclara qulluq etməklə, təbii su hövzələrinə balıq buraxılışı həyata keçirməklə, eləcə də milli parklarda maarifləndirici tədbirlər təşkil etməklə qeyd edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR