Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Əczaçılar Klubu" ictimai birliyinin tərəfdən "Sağlam həyat, sağlam gələcək" layihəsinin icrası davam edir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Azərbaycan Tibb Universitetində narkomaniya, onun fəsadları, müalicə metodları baş tutub.
Tədbirdə çıxış edən "Əczaçılar Klubu" ictimai birliyinin sədri Şövqi Bunyatov seminarın keçirilməsinə göstərdiyi dəstəyə görə ATU-nun rektoru professor Gəray Gəraybəyliyə, ATU əczaçılıq fakültəsinin dekanı dosent Fərəh Mədətliyə təşkilat adından minnətdarlığını bildirib.
Müəllim və tələbələrin iştirak etdiyi tədbirdə mövzu barədə yüksək ixtisaslı əczaçılar Cavadi Aynur və İngiltərə Kral Əczaçılıq Akademiyasının üzvü Elmar Babayev çıxış ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.