AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş redaktordan xalq yazıçısına sərt ittiham - Xalq yazıçısının davranışı etik deyi

  • + A
  • - A
  • 26-10-2022, 21:28

    Baş redaktordan xalq yazıçısına sərt ittiham - Xalq yazıçısının davranışı etik  deyi

    AYB-nin Qurultayı zamanı xoşagəlmız olay yaşanıb. Xalq yazıçısı Çingiz Abdullayev jurnalistin sualını cavablamaq əvəzinə "utanmırsan, ölmürsən mənə belə sual verirsən?" cavabını verərək uzaqlaşıb. Onun bu ədəbsiz hərəkəti sosial şəbəkələrdə tənqid edilib. Jurnalistin müdafiəsinə qalxıb Ç Abdullayevin hərəkətini qeyri-etik adlandıranlardan biri də tanınmış imza sahibi, Şərq qəzetinin qurucusu və rəhbəri Akif Aşırlıdır. Akif Aşırlı şəxsi facebook səhifəsində büdcədən maliyyələşən təşkilatın maliyyəsi barədə jurnalistin sual verməsində qəbahət olmadığını bildirib. Azadmedia.az Akif Aşırlının fikirlərini təqdim edir:
    "Öz peşə borcunu yerinə yetirən jurnalist niyə utanıb ölməlidir ki? Hamı bilir ki, Azərbaycan Yazıçıları Birliyi dövlət büdcəsindən maliyyələşir, büdcə də xalqın vergiləri hesabına formalaşır. Əgər AYB kommersiya qurumu olsaydı, pulu özü qazanısaydı tədbirə nə qədər maliyyə ayrılmağının soruşulması bəlkə də düzgün olmazdı. Xalqın halal haqqı ana dilini Azərbaycan jurnalisti ilə birgə "əzən" xalq yazıçısının davranışı etik deyil, qəbulolunmazdı".
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR