Xəzər rayonunda Şəhid bulağı sökülüb, rəsmilər açıqlama almaq istəyən jurnalistə cavab vermək əvəzinə onu bloka salıb. Azadmedia.az xəbər verir ki, bu barədə Axar.az -ın əməkdaşı Zaira Akifqızı şəxsi facebook səhifəsində məlumat verib.
Xəzər Rayonunda Şəhidin bulağını sökülməsi xəbərini alan jurnalist xanım şəhidin atası ilə danışdıqdan sonra açıqlama üçün Xəzər Rayon İcra Hakimiyyətinə zəng etdiklərini, cavab əvəzinə zəng etdikləri hər iki nömrələrinin bloklandığını bildirib. Harda görünüb ki, açıqlama üçün zəng edən adamı bloka atırlar?! Verməyə cavabınız yoxdursa, açıq deyin ki, biz də işimizi bilək, - Zairə xanım bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.