AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi 255 saylı məktəbdə davam edib

  • + A
  • - A
  • 27-10-2022, 22:03

    "Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi 255 saylı məktəbdə davam edib

    26 Oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu Maştağa qəsəbəsi 255 № li tam orta məktəbdə «Oriqami» uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsi çərçivəsində tədbir keçirilmişdir.

    «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsi Maştağa qəsəbəsində 5 ümumtəhsil məktəblərinin hər birində 30 nəfər (oğlan və qız) olmaqla ibtidai sınıf şagirdlərinin, cəmi 150 nəfər, maarifləndirilməsinə istiqamətlənmişdir.

    Layihə sentyabr- noyabr ayları müddətində icra olunur.

    Tədbirdə layihənin rəhbəri Namiq Nəcəfov, 255 № li tam orta məktəbin direktoru Mətanət Məmmədova, Sabunçu rayon DYP idarəsinin rəis müavini polis kapitanı Elmar Əbilov, polis inspektoru Emin Ağayev, Vətən müharibəsi qazisi Səccad Cəfərov, şəhid anası Gülxar Abdullayeva, sinif müəllimi Gülsüm Məmmədovanın yetirmələri - 4 «d» sinif şagirdləri , sinfin valideyn komitəsinin sədri Püstəxanım Məmmədova, məktəbin VIII sinif şagirdlərindən ibarət könüllülər qrupu, valideynlər iştirak etmişdir.

    255 № li tam orta məktəbin direktoru M.Məmmədova tədbir işrtirakçılarını salamlamış və onlara təhlükəsiz həyat arzulamışdır.
    Tədbirdə Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla anılmışdır

    Layihə rəhbəri N.Nəcəfov «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsi barədə çıxış etmişdir. O, donor təşkilat barədə məlumat vermiş, məktəblilərin yol-nəqliyyat hadisələrindən qorunmasında və maarifləndirilməsində bu layihənin əhəmiyyətini xüsusilə qeyd etmişdir. Sonra, dördüncülər yol hərəkətinin təhlükəsizlik qaydalarına dair süjetli, rollu, hərəkətli, öyrədici oyun nümayiş etdirmişlər. Şagirdlər situativ «yol-nəqliyyat qəzası» cəhnəciyini canlandırmışlar. Onlar çıxışlar etmiş, şeirlər söyləmiş, mahnılar oxumuşlar.

    «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsinin 30 nəfər iştirakçısının hər birinə hədiyyə dəstləri təqdim edilmişdir.
    Tədbirdə video və foto çəkiliş aparılmışdır.

    «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsinin icrası Maştağa qəsəbəsində, tədris ocaqlarında davam edir.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR