AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncə şəhərində vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 28-10-2022, 01:53

    Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncə şəhərində vətəndaşları qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
    [/center]
    Qəbuldan əvvəl Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.

    27 oktyabr 2022-ci il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

    Qəbulda iştirak edən vətəndaşların müraciətləri uşaqların dövlət müəssisəsinə yerləşdirilməsi, işlə təmin olunma, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, nikaha xitam verildikdən sonra uşaqlarla ünsiyyətin qurulması, ünvanlı sosial yardım, məişət zorakılığı və bir sıra digər məsələlərlə bağlı olub.

    Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR