Prezidentin ailənin övladını dəyərləndirdiyi gün ailənin iki üzvü necə işdən çıxarıldı
Deməli, hamı məndən soruşur ki, sənin "Naxçıvan MR Televiziya və Radio Verilişləri" QSC-nin sədri Sahil Tahirli ilə nə düşmənçiliyin var? Cavabım birmənalıdır. Mənim onunla heç bir düşmənçiliyim ola bilməz. Bəs onda niyə Sahil Tahirli haqqında status yazırsan deyənlərə cavabım:
Bu adam sıradan bir jurnalistdir. Televiziya rəhbəri olmazdan öncə məmur düşüncəsinə qarşı idi. İndi televiziya rəhbəri olsa da, nə vaxtsa bu vəzifədən çıxarıldıqdan sonra yenə sıradan bir jurnalist olacaq. Ancaq televiziya rəhbəri olduqdan sonra Sahil Tahirlinin düşüncələri də dəyişdi. Xalqa zülm edən, qaniçən məmur düşüncəsində düşünməyə başladı. Onun bu məmur düşüncəsi və hərəkətləri rəhbəri olduğu televiziyada mənim kimi sıradan jurnalistlərin də xoşuna gəlmədi. Bəziləri elə üzünə,.bəziləri də arxasınca bu hərəkətin yaxşı olmadığını bildirdilər.
Beləcə Sahil Tahirli onu özü kimi eyni sıradan jurnalist kimi görən həmkarlarını sıradan çıxarmağa, onlara pislik etməyə başladı.
Ən böyük pislik və Sahil Tahirlidən zərbə görən isə ömürlərinin 20-25 ilini televiziyaya həsr edənlər oldu. Övladları İkinci Qarabağ Müharibəsi qazisi olan ailə, Prezidentin övladlarına 5-ci medalı təqdim etdiyi gün, Televiziya rəhbəri tərəfindən qəbul edildilər. Hər iki valideyn sevinirdi ki, yəqin Sahil Tahirli onları dəvət edib ki, təşəkkür etsin. Sahil Tahirlinin övladları Vətənə xidmətə görə Prezident tərəfindən mükafatlandırılan ailə üzvlərinə təşəkkürü isə belə olub:
"Bu gündən hər ikiniz işdən azadsınız".
Hər iki ailə üzvünün işdən azad olunma səbəbi isə Sahil Tahirlini sevməmələri olub. Sahil Tahirli də "mənim haqqımda danışmısız" bəhanəsi ilə hər iki ailə üzvünü dədəsinin şirkəti olmayan dövlət idarəsindən çıxarıb.
Bu zaman heç düşünməyib ki, bəs bunlar ikisi də işsiz qalıb nə yeyib, nə içəcəklər?
İl yarımdır işsiz bir jurnalist kimi mən Sahilə necə haqq qazandıra bilərəm? Haqqında bu həqiqətləri necə yazmayım? Əgər bir yanlışım varsa, o zaman mənə zəng edərdi və mən də o yanlışımı düzəldərdim. Amma görünür buna cəsarəti çatmayıb.
Burdan Sahil Tahirliyə səslənirəm: Dostum, sənə görə mənə xahiş edənlərin əksəriyyəti pislik etdiklərindir. Hətta məəttəl qalıb soruşuram ki, axı sizə pislik edib, nə üçün onun xahişini edirsiniz? Deyirlər ki, o pislik edibsə, biz də pislik etməliyik? Amma daha çox etimad edib, qabağa çəkdiklərin isə haqqında heç yaxşı fikirlər yazmırlar. Yəqin gözləri sənin kreslonda...
Narahat olma, hələ sənin haqqında göndərilənlər bununla bitmir. Bundan sonrakı xəbəri oxuduqda şokda olacaqsan!
Elmar Hüseynov,
Araşdırmaçı-jurnalist