AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəstəxanalarda həkim azlığı probleminə - AÇIQLAMA

  • + A
  • - A
  • 26-01-2023, 12:02

    Xəstəxanalarda həkim azlığı probleminə - AÇIQLAMA

    İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün möhkəm maddi-texniki bazanın mövcudluğu və müxtəlif ixtisaslı həkim kadrlarının təminatı vacib amillərdəndir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli Cəlilabad Mərkəzi Xəstəxanasına media-tur zamanı Azadmedia.az-a bildirib ki, Sığortanın tətbiqi ilə xəstəxanaya müraciətlərin sayı kəskin çoxalıb: “Cəlilabad rayonunda icbari tibbi sığortanın tətbiqinə 2021-ci ildən başlanılıb. 2020-ci il koronavirus pandemiyasına təsadüf etdiyindən müqayisəni 2021 və 2022-ci illər üzrə qeyd edəcəm. Belə ki, 2021-ci il ilə müqayisədə 2022-ci ildə xəstəxanaya daxil olan müraciət sayı 2 dəfə artıb (57 999-dan 122 515-ə). Son 2 il ərzində müraciətlər üzrə 335 910 ambulator, 52 500 stasionar xidmət göstərilib. Ümumilikdə 4170 cərrahi əməliyyat icra olunub.
    Səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.
    Hikmət müəllim xəstəxanalarda həkim azlığı məsələsindən danışarkən qeyd etdi ki, Türkiyədə təhsil almış gənclərimiz geri qayıdıb xəstəxanalarda işləməsinə motivasiya məqsədilə ilkin olaraq 5 min manat əməkhaqqı ilə işə götürülür, gələcəkdə daha çox maaş ala bilirlər. Həkim çatışmazlığı problemini yaradan əsas səbəb min nəfər məzunun orta hesabla cəmi 150 nəfərinin rezidenturaya qəbul olub ixtisaslaşmanı təkmilləşdirməsidir. Qalanları Ailə həkimi olmaqla kifayətlənir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR