AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qeydiyyatdan çıxarılan vətəndaşlar nə etməlidir? - Hüquqi izah

  • + A
  • - A
  • 26-01-2023, 12:39

    Qeydiyyatdan çıxarılan vətəndaşlar nə etməlidir? - Hüquqi izah

    Jurnalist Elşad Mətləboğlu qeydiyyatsız, sözün əsl mənasında havada qalmış vətəndaşlara çıxış yolu göstərib. Azadmedia.az Elşad bəyin yazdıqlarını təqdim edir:
    "Rayon qeydiyyatı olub Bakıda yaşayanlar, işləyənlər, oxuyanlar hər kəs öz yaşadığı ərazidən (JEK,kənd soveti, bələdiyyə) arayış alıb həmin rayon polis idarəsinə verib bir illik müvəqqəti qeydiyyata alınsınlar.
    Bakıda evi olub amma evinin heç bir sənədi olmadığı üçün polis idarəsində qeydiyyatda olanlar növbəli şəkildə qeydiyyatdan çıxarılırlar. Ümumiyyətlə, qeydiyyatı olmayanların (polisdən qeydiyyatdan çıxarılanların şəxsiyyət vəsiqələri dekativ edilir, heç bir dövlət qurumunda şəxsiyyət vəsiqə görünməyəcək, FİN kod işləməyəcək, Qarabağ zonasına giriş edə bilməcəyək, xaricə uçuş edə bilməyəcək. Bir sözlə, şəxsiyyət vəsiqəsi yararsız sayılır. Çıxarılmış vətəndaşlar yaşadığı ünvanla əlaqədar olaraq həmin ərazidən arayış alıb ərazi üzrə polis idarəsinə ərizə ilə müraciət etsinlər. Qısa zaman ərzində idarədən sizə "rədd" cavabı gələcək.

    Yəni sizi idarəyə qeydiyyata ala bilmərik. Həmin "rədd" kağızını götürüb İnzibati Məhkəməyə müraciət edirsiniz. Hər şey qaydasındadırsa məhkəmə sizin xeyrinizə qərar çıxaracaq və sizin hazırda yaşadığınız ünvanda ömürlük qeydiyyatınız olacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR