AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi şərhçi Azər Həsrət: QHT-lərə də bir əl gəzdirmək lazımdır

  • + A
  • - A
  • 8-09-2023, 09:36

    Siyasi şərhçi Azər Həsrət: QHT-lərə də bir əl gəzdirmək lazımdır

    Son günlər QHT ərtafında baş verənlər birmənalı qarşılanmır. İllərdir ki, müxtəlif vasitələrlə şəhadətnamə alanları tanımaq, üzlərini görmək, fəaliyyətlərini izləmək mümkün deyil. Sadəcə qrant bölünəndə siyahıda adları çıxır. Jurnalist İradə Sarıyeva bildirir ki, illərdir mədəniyyət yazarıdır. Mədəniyyət sahəsi ilə bağlı bir qht tapmır ki, əməkdaşlıq etsin. Amma siyahıya baxsaq mədəniyyətlə əlaqəli qht çoxdur.
    Siyasi şərhçi Azər Həsrət QHT-lərə də bir əl gəzdirmək lazım olduğunu düşünür.
    Necə ki, media, siyasi partiyalarla bağlı ələmə gerçəkləşdirilir, adı olub özü olmayan QHT-lərlə bağlı da bunu etməyə gərək var. İddialara görə, Azərbaycanda minlərlə QHT varmış. Amma iş görməyə gələndə nəinki 100-lərlə, heç 10-larla normal QHT tapmaq olmur. Üstəlik də bu QHT-lərin çoxu bir qayda olaraq ancaq qrant alandan alana gözə dəyir. O da alayarımçıq. Elə ki, qrant olmadı, bunlar da heç elə bil olmayıb. Belə ictimai fəaliyyət olmaz ki...
    Siyasi şərhçi çıxış yolunu da təklif edir: "Sahəvi QHT-lərin birləşməsi işin xeyrinə olardı. Alayarımçıq, varlığı ilə yoxluğu bilinməyən QHT fəaliyyətindənsə eyni sahədə var olan QHT-lər birləşib daha effektiv bir qurum kimi fəaliyyət göstərə bilərlər. Belə olanda alacaqları qrantın da məbləğini artırmağa imkan yaranar. Misal üçün, QHT Agentliyi hər təşkilata 10 min manat ayıra bilir ki, daha çox QHT-ni əhatə etsin. İndi təsəvvür edək ki, QHT-lərin sayı 10 dəfə azalıb. Belə olanda Agentlik də artıq birləşmiş və güclü QHT-lərin hərəsinə 50-60 min manat və daha artıq məbləğdə pul ayıra biləcək. Bu isə nəticə etibarı ilə daha keyfiyyətli iş görməyə imkan verəcək. Yoxsa... Yoxsa hələ uzun illər QHT sektoru beləcə sürünəcək...".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR