AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Turizm Agentliyinin sədri AQEM sədri ilə görüşüb

  • + A
  • - A
  • Bu gün, 16:03

    Dövlət Turizm Agentliyinin sədri AQEM sədri ilə görüşüb


    Yanvarın 17-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay arasında görüş keçirilib.

    Görüşdə AQEM Nazirlər Şurasının 7-ci görüşündə Azərbaycan tərəfinin 2024-2026-cı illər üzrə təhvil aldığı AQEM-ə sədrlik çərçivəsində turizm sahəsi üzrə aparılacaq mütəmadi əməkdaşlıq perspektivləri müzakirə edilib.

    AQEM tərəfindən hazırlanmış rəsmi konsepsiya sənədinin turizm bölməsinə Dövlət Turizm Agentliyi tərəfindən verilmiş layihə təklifləri haqqında fikir mübadiləsi aparılıb.

    Baş katib Kayrat Sarıbay öz növbəsində ötən il Azərbaycanın ev sahibliyi ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkili və qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb.

    Bununla yanaşı, o, turizm sahəsi üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm potensialının AQEM-ə üzv dövlətlərə tanıdılması məqsədilə həmin dövlətlərin media nümayəndələri üçün ölkəmizə mediaturların təşkilində maraqlı olduqlarını bildirib.

    Görüşün sonunda AQEM-in Sədrlik Proqramında əks olunmuş “AQEM ölkələrində Dairəvi Yaşıl Turizm” layihəsi üzrə 2025-ci il ərzində mütəmadi əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılığa gəlinib.

    Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Müşavirənin yaradılmasında məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal fəaliyyətin aparılmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR