AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qlobal problem olan meşə yanğınları ilə bağlı məlumatlandırma kompaniyası həyata keçirilir- FOTOLAR

  • + A
  • - A
  • 2-10-2023, 12:45

    Qlobal problem olan meşə yanğınları ilə bağlı məlumatlandırma kompaniyası həyata keçirilir- FOTOLAR

    Bəşəriyyətin üzləşdiyi ekoloji problemlərdən biri də son dövrlər sürətlə artan meşə yanğınlarıdır. Qonşu dövlətlərin ərzisində baş verən, eləcə də respublikamızda meşə yanğınları atmosferin çirklənməsinə, əhalinin sağlamlığına, meşələrin məhv olmasına, maddi və mənəvi ziyan vurulmasına səbəb olur.

    Belə yanğınların əksəriyyətinin səbəbi insan fəaliyyəti ilə bağlıdır. Ekosidlər, yanğın terrorları, diversiyalar və başqaları ilə yanaşı insanların təbiətə məsuliyyətsiz yanaşması da yanğın hadisələrinə səbəb olur. İnsanların fərdi fəaliyyətlərinin nəticəsində yaranan, “təsadüfdən” baş verən faciələrin qarşısını almaq, ən azından onların sayını azaltmaq mümkündür. Bunun üçün ekoloji qanunvericilik təkinləşdirilməli, məsuliyyət gücləndirilməli, dövlət orqanlarının nəzarəti artırmalı, əhali geniş məlumatlandırılmalıdır.

    Ölkəmizdə yanğınların olmaması üçün əhali arasında proflaktik tədbirlər keçirilməli, yanğın baş verdiyi halda insanların davranışı haqda məlumatlandırma aparılmalıdır ki, insan tələfatı olmasın, maddi ziyan minimuma endirilsin. Bu məqsədlə müxtəlif dövlət orqanları, o cümlədən də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi müxtəlif tədbirlərin həyata keçirilməsinə çalışırlar. Agentliyin maliyyə dəstəyilə “Mühit Ekoloji Mühafizə” İctimai Birliyi “Meşəətrafı yaşayış məntəqələrində əhali arasında yanğın təhlükəsizliyi və ekoloji cinayətlər haqqında məlumatlandırma tədbirlərinin keçirilməsi” layihəyəsi çərçivəsində respublikanın meşə zonalarında yerləşən yaşayış məntəqələrində məlumatlandırma kompaniyasını həyata keçirir.

    Belə bir tədbir Şamaxı rayonunun Nağaraxana və Əngəxaran kəndlərində keçirilib. Tədbiri açan “Mühit Ekoloji Mühafizə” İctimai Birliyinin sədri Əzizağa Hünbətəliyev layihənin mahiyyəti haqda məlumat verib. QHT sədri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin meşə yanğınlarının və ekoloji cinayətlərin azaldılması yönündə fəaliyyətindən danışıb. O, meşələrin qorunması və yanğınların azaldılması üçün AR Fövqaladə Hallar və Ekolojiya və Təbii Sərvətlər nazirliklərinin gördüyü işlərin əhəmiyyətini qeyd edib. Bununla yanaşı əhalinin bu prosesə fəal cəlb edilməsinin zəruri olduğunu bildirib.

    Tədbirdə iştirak edən FHN-nin DYMX Şimal Qərb Regional DYMŞ-nin dövlət yanğın nəzarəti şöbəsinin əməkdaşı Elvin İbrahimli regionda yanğın hallarına qarşı aparılan tədbirlərdən danışıb, əhalinin bu prosesdə iştirakı mexanizmini əyani misallarla izah edib.

    ETSN-nin 6 saylı Regional MTM-nin əməkdaşı Şahvin Abdullayev meşələrin qorunması, meşə təsərrüfatının genişləndirilməsi üçün görülən işləri qeyd edib, bu işdə kənd ziylılarının, bələdiyyələrin roluna xüsusi diqqət verib. Göstərilib ki, meşə ətrafında yaşayan kənd əhalisinin dəstəyi olmadan bu işlərin görülməsi səmərəsiz olar. Layihənin hüquqşünası Aydın Kərimov ekoloji cinayətlər, onların mahiyyəti və formaları haqqında geniş məlumat veib. Yanğın hadisəsinin ekoloji cinayət olduğunu, bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrini şərh edib.

    Tədbirlərdə Şamaxı rayonu Nağaraxana kənd icra nümayəndəsi Vahid Həsənov və Əncəxaran kənd icra nümayəndəsi Fuad Əbdulrzaqov kəndlərdə yanğın təhlükəsizliynə və ekoloji cinayətlərə qarşı əhali arasında görülən işlər haqqda məlumat veriblər. Sonda iştirakçıların sualları cavablandırılıb.

    Tədbirlərin sonunda Şamaxı rayonunun müxtəlif idarə və təşkilatlarının, kənd bələdiyyələrinin nümayəndələri, müəllimlərin iştirakı ilə əhalinin meşələrlə sıx təmasda olduğu, turistlərin intensiv gəldiyi və nəqliyyat vasitələrinin çox olduğu yerlərə “Mühit Ekoloji Mühafizə” İctimai Birliyinin hazırladığı çoxsaylı “Meşələri Qoruyaq”, “Yanğınla Ehtiyyatlı Olun” lövhələri bərkidilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR