AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI

  • + A
  • - A
  • Bu gün, 15:25

    Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI

    Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Paris-2024” XXXIII nda qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.

    Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

    Qeyd edək ki, bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib.

    Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.

    Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib. Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.

    Bəs Azərbaycan idmançılarına təqdim edilən medallarda hansısa pozuntu varmı?

    Modern.az mövzu ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb.

    Qurumdan bildirilib ki, hazırda "Paris-2024" Olimpiya oyunlarında idmançılarımızın qazandığı medallar yoxlanılır. Hələlik hansısa geri qaytarma halı olmayıb.

    Qeyd edilib ki, yoxlamaların nəticəsində pozuntu qeydə alınarsa, Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək.

    Xatırladaq ki, Paris Olimpiadasında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb.

    Cüdo: Hidayət Heydərov (73 kq) - qızıl, Zelim Kotsoyev (100 kq) - qızıl

    Boks: Alfonso Dominges (92 kq) - gümüş

    Taekvondo: Qaşım Maqomedov (58 kq) - gümüş

    Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) - bürünc

    Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) - bürünc, Maqomedxan Maqomedov (97 kq) - bürünc


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR