AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirildi, fəaliyyəti məhdudlaşdırıldı

  • + A
  • - A
  • Bu gün, 12:53

    Alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirildi, fəaliyyəti məhdudlaşdırıldı


    Göyçay rayonu, Çayarxı kəndində fəaliyyət göstərən, fiziki şəxs Osmanov Ramin İttifaq oğluna məxsus alkoqolsuz içkilərin emalı (limonad emalı) müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib.
    Müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.
    Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq sanitar-gigiyenik tələblər gözlənilmədən kustar üsulla içkilərin qablaşdırılmasında istifadə olunduğu, həmçinin içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında məhsulların təbii meyvələrdən hazırlandığı qeyd olunsa da siroplardan istifadə edildiyi məlum olub.
    Faktla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, laborator müayinələrin aparılması üçün içkilərdən nümunələr götürülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR