Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Boçorişvili birgə mətbuat konfransı keçirirlər.
Ceyhun Bayramov gürcüstanlı həmkar Maka Boçorişvilini parlament seçkilərindən sonra bu vəzifəyə təyin edilməsinə görə təbrik edib.
O qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir.
"Xarici İşlər Nazirlikləri arasında əlaqələr var. Azərbaycan şirkətləri investisya qoyuluşunda lider mövqedədir. Ticarət dövriyyəsi 1 milyard dollardır. Onu da qeyd edək ki, nazir kimi xanım Maka Boçoroşivili ilk səfərini Azərbaycana edib. Bu da əlaqələrimizin hansı səviyyədə olduğunu göstərir. Sabah Gürcüstan Baş nazirinin də iştirakı ilə Hökumətlərarası Komissiyanın toplantısı olacaq”,- nazir deyib.(Modern)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.