Son vaxtlar Gürcüstanda xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə cəhdləri olub.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan kimi Gürcüstan da müxtəlif çağırışların öhdəsindən gəlmək üçün güclü dövlətdir.
"Azərbaycanla tərəfdaşlığımız bütün istiqamətlərdə münasibətlərin daha da inkişafına yönəlib və müxtəlif müdaxilələr bizim üçün qorxulu deyil", - Boçorişvili bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.