AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İxtisas seçiminə dəstək məqsədilə sayt yaradılıb - FOTOLAR

  • + A
  • - A
  • 6-10-2023, 13:40

    İxtisas seçiminə dəstək məqsədilə sayt yaradılıb - FOTOLAR

    Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara uyğun olmalıdır. Statistikaya görə, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Ölkəmizdə də qadınların İT, İKT sahəsində rolu, fəaliyyəti çox vacib və əhəmiyyətlidir. Məhz qadınların adı çəkilən sahələrdə davamlı fəaliyyətinə dəstək məqsədilə “Qızlar- Texnologiya İnnovasiyalar Akademiyası” adlı layihə həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.

    Birlikdən verilən məlumata görə, layihənin məqsədi qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), eləcə də informasiya və kommunikasiya texnologiyaları, kompyüter elmləri kimi təhsil sahələrinə marağın öyrənilməsi və artırılmasından, karyera istiqamətlərini düzgün seçilməsinə yardımçı olmaqdan ibarətdir. Eyni zamanda layihənin genderarası fərqliliyin azalmasına və qızların rəqəmli, texniki bacarıqlarının inkişafına da müsbət təsir göstərəcəyi nəzərdə tutulur.

    Layihə çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri və Qobustan şəhər 1;2;3 saylı tam orta məktəblərinin ixtisas seçimi mərhələsində olan yuxarı sinif şagirdləri ilə (qızlarla) mövzuya uyğun əyani təlimlər keçirilib, mövzuya aid platforma, www.gti.az adlı sayt yaradılıb. Layihə üzrə növbəti və sonuncu təlimlər Qobustan şəhər A.O.Çernyayevski adına 1 sayllı tam orta məktəbdə təşkil edilib. Təlimlərdə iştirakçılara seçəcəkləri ixtisasla bağlı mühəndis, robottexnika, proqramlaşdırma, data analitik, İT, kompyüter elmləri və digər bu kimi sahələr haqqında ətraflı məlumatlar verildi ki, bu da onlarda adı çəkilən sahələrə marağın artmasına münbit şərait yaradacaqdır.

    Həmçinin təlim iştirakçılarına layihə çərçivəsində yaradılmış “İxtisasını rəqəmsal texnologiyalarda seç” www.gti.az adlı platforma (sayt) haqqında da ətraflı məlumat verildi ki, bu da ixtisasını lT sahəsində seçmək istəyənlərə bu ixtisasları seçdikdən sonra peşəkar kadr kimi formalaşmaları üçün hansı addımlar atmalı olmaları ilə bağlı dəstək olacaqdır.

    Təlimlərdə həmçinin qızların təhsil almasının vacibliyi vurğulanaraq bildirilib ki, layihənin əsas məqsədlərindən birini və əsasını onların psixoloji-mənəvi, fiziki zorakılıqlara, iqtisadi asılılığa, məruz qalmamalarına dəstək, kömək təşkil edir. Qarşılıqlı dialoq şəkilində interaktiv metodlar əsasında təşkil edilən təlimlərdə iştirakçıları maraqlandıran bütün suallar təlimçi və layihə icraçısı tərəfindən cavablandırılıb. Qeyd edək ki, ayrı-ayrılıqda təşkil edilərək keçirilən bu iki təlimdə 75 nəfər ixtisas seçimi mərhələsində olan qızlar iştirak edirdi. Ümümilikdə, layihədən birbaşa faydalananların sayı 200-dən artıqdır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR