AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Dedektiv.az"ın rəhbərinə HÖKM OXUNDU

  • + A
  • - A
  • 16-10-2023, 12:40

    "Dedektiv.az"ın rəhbərinə HÖKM OXUNDU

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "dedektiv.az" sosial səhifə rəhbərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    News24.az-ın məlumatına görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il azadlıqdan məhrum edilib.

    İttihama görə, sosial şəbəkələrdə "dedektiv. az" səhifəsi yaradan şəxs Şəki şəhərində parça satışı ilə məşğul olan xanımı çılpaq şəkilləri və videoları ilə şantaj edərək ondan 20 min manat tələb edib. Qadının şikayəti əsasında hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həmin şəxs saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR