AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Voleybol yarışında tələbə həyatını itirib

  • + A
  • - A
  • Bu gün, 17:18

    Voleybol yarışında tələbə  həyatını itirib

    Rusiyanın Kostroma şəhərində voleybol yarışı zamanı bir qız qəfil huşunu itirib və özünə gəlməyib. Hadisə ilə bağlı prokurorluq araşdırma aparır.
    Məlumata görə, hadisə günü zalda hava çox boğucu olub, amma tələbələr buna baxmayaraq oyunu davam etdiriblər. Yarışda iştirak edən 18 yaşlı qız topu ötürdükdən sonra dizləri üstə çöküb və daha sonra yerə yıxılıb.
    Şahidlərin sözlərinə görə, qız əvvəlcə yüngül titrəməyə başlayıb və sonra huşunu itirib. Həmin anda onun başının rəngi də göyərməyə başlayıb.
    Təəssüf ki, qızı xilas etmək mümkün olmayıb.
    Prokurorluq yoxlayacaq ki, tələbələrin həyat və sağlamlığının qorunması ilə bağlı qanunlara əməl olunub-olunmayıb. Həmçinin, həkimlərin hadisədən sonra zərərçəkənə lazımi tibbi yardım göstərib-göstərmədiyi araşdırılacaq. Lazım gələrsə, müvafiq tədbirlər görüləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR