AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dəmir ağciyərdə olan adam” kimi tanınan Pol Aleksandr vəfat edib

  • + A
  • - A
  • 14-03-2024, 07:54

    “Dəmir ağciyərdə olan adam” kimi tanınan Pol Aleksandr vəfat edib

    “Dəmir ağciyərdə olan adam” kimi tanınan Pol Aleksandr vəfat edib.

    Pol 6 yaşında poliomielit xəstəliyinə tutulduqdan sonra ömrünün qalan hissəsini, yəni 70 ilini dəmir kapsulda keçirib. Dəmir kapsulun içində vakuumun yaratdığı mənfi təzyiq onun ağciyərlərini genişlənməyə məcbur edib, yaşamağına nail olub.

    Xəstəliyinə baxmayaraq, Pol istədiyi təhsili ala bildi, hüquqşünas oldu. Kitab da yazdı. Onun hekayəsi dünyanın müxtəlif yerlərində minlərlə insanı ruhlandırıb.

    Poliomielit xəstəiyi sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən xəstəlikdir.

    Dostları deyir ki, Pol son günlərini kitab yazmaqla və hüquqi təlimlərə qatılmaqla keçirirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR