AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib

  • + A
  • - A
  • 17-05-2024, 21:11

    Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib


    "Dövlət başçısının müvafiq tapşırığına əsasən digər qurumlar kimi SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi olaraq davamlı şəkildə regionlarda vətəndaşlarla görüşlər keçirir, yerlərdə qaz təsərrüfatına dair problemlərin həllinə dəstək oluruq". Bu sözləri SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədov Horadiz şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Birlik rəhbəri Beyləqan, Ağdam, Bərdə, Naftalan və Füzuli rayonlarından qəbula üz tutan 11 vətəndaşın hər birinin problem və təklifini dinləyib. Ünvanlanan müraciətlər əsasən fərdi qazlaşma, istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödəniş edilməsinə şəraitin yaradılması, işə qəbul və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı olub. Baş direktor qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR