AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son zəngə sayılı günlər qalmış məzunlar və valideynlər üçün kurioz hadisə

  • + A
  • - A
  • 6-06-2024, 16:25

    Son zəngə sayılı günlər qalmış məzunlar və valideynlər üçün kurioz hadisə


    Azadmedia.az-a şikayət daxil olub. May ayının 7-də Xətai rayonu 25 nömrəli məktəbdə monitorinq keçirilib. Bir həftədən sonra direktora deyilib ki, işdən çıxarılırsınız. May ayının 20-si əmr verilib, direktor işdən çıxarılıb, 23 mayda təhvil təslim olunub. İdarəçilik verilib məktəbin müavininə. Bir həftədən sonra rəhbərlik məktəbin hasar qonşusu olan Humanitar liseyin direktoruna həvalə verilib. Direktor valideynlərə deyib ki, 25 nömrəli məktəb artıq ləğv olunur. Valideynlər qeyd edir ki, elə buradan göründü ki, bu monitorinq sifarişli şəkildə olub. Çünki direktor çıxarılandan cəmi 10 gün sonra artıq humanitar liseyin direktoru gətirilib 25 nömrəli məktəbə otuzduruldu, bütün öz işçilərini gətirdi, tökdü orda hasarın yerini dəyişib, özü üçün yer düzəltdirib ki, ordan gedib gəlmək rahat olsun. Bütün bunlar azmış kimi, rus bölməsinin ləğv olunacağını bildirib, valideynlərə deyilib ki, uşaqlarınızı məktəndən çıxarın. Şikayərçilər qeyd edir ki, şənbə, qeyri-iş günü bütün Azərbaycan bölməsinin şagirdlərini çağırtdırıb humanitar liseyə, özü orda böyük sumativ qiymətləndirmə keçirib ki, seçsin, yaxşı oxuyanlar qalsınlar, bütün zəif oxuyan uşaqları məktəbdən xaric etsin və birləşdirsin, 25 nömrəli məktəbi də qatsın gözünə, böyük bir humanitar liseyin kompleksini yaratsın.
    Üç iyun tarixində kütləvi şəkildə valideynlər yığışıblar məktəbin qarşısına, dəsri boykot ediblər, müəllimlər dərsə girməyib. Rəhbərlik polisləri çağırıb, qoymayıblar ki, valideynlər çəkiliş aparsınlar. Televiziyayalardan gələn olub. Onlara maneçilik törədirdilər ki, çəkiliş getməsin, sosial şəbəkələrdə işıqlanmasın ki, orda elə bir hadisələr baş verir. Son zənglə bağlı məzunlara deyilib humanitar liseylə birgə olacaq. Şagirdlər da hamısı narazılığını bildirir. Deyirlər ki, biz 11 il bu məktəbdə oxumuşuq. Nə üçün biz ayrı bir məktəbin şagirdi olaraq son zəngimizi qeyd etməliyik?
    Nazirliyə rəsmi sorğu yollayıb mövzuya qayıdacağıq.
    https://www.facebook.com/share/p/ZWtVAfQyjnWArb3j/?mibextid=oFDknk


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR