AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan mədəni irsi intellektual oyunlar vasitəsilə təbliğ olunur - FOTOLAR

  • + A
  • - A
  • 11-06-2024, 09:34

    Azərbaycan mədəni irsi intellektual oyunlar vasitəsilə təbliğ olunur - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonu Hacıqayıb kənd tam orta məktəbində Nə? Harada? Nə zaman? intellektual oyun formatında turnir keçirilib.


    QHT.az xəbər verir ki, yarışda Quba rayonunun Hacıqayıb, Hacıhüseynli, Qımılqışlaq, Əliməmmədoba, Davudoba kəndlərindən və Gənclər qəsəbəsindən olan 30 nəfər yeniyetmə və gənc 6 komanda tərkibində mübarizə aparıb.

    Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin Azərbaycanın mədəni irsinin gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

    Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Hacıqayıb kəndini təmsil edən “Heredot” komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Hacıhüseynli kəndini təmsil edən “Turan” və Qımılqışlaq kəndini təmsil edən eyniadlı komandalar yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonunun daha 3 kənd zonasında seçim turları keçiriləcəkdir.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR