Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Elbrus Yüksək Dağ Axtarış-Xilasetmə Dəstəsi Elbrus dağında baş vermiş bədbəxt hadisə barədə məlumat yayıb.
Məlumata görə, zirvəyə qalxmağa çalışan iki alpinist təxminən 4200-4600 metr yüksəklikdə yıxılıb. Hadisə nəticəsində alpinistlərdən biri həlak olub, digəri isə ağır xəsarətlər alıb.
Rusiya FHN-in açıqlamasında bildirilir ki, hadisə yerinə dərhal xilasedicilər cəlb olunub.
Yaralı alpinistin xilas edilməsi üçün Elbrus Yüksək Dağ Axtarış-Xilasetmə Dəstəsinin 12 əməkdaşı əməliyyata cəlb edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.