Azərbaycan Valideyn-Müəllim Assosiasiyası ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 5 iyun 2024-cü il tarixində Siyəzən rayonuna olub.QHT.az xəbər verir ki, layihənin icrasına hazırlıq məqsədilə rayon İcra hakimiyyətinin nümayəndələri, Siyəzən Təhsil sektorunun rəhbərliyi ilə görüş- məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 6 iyun 2024-ci il tarixdə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbdə rayonun 20-dən çox nümunəvi müəllimləri ilə görüş- müsahibə aparılıb, Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar əsasında 2 ən nümunəvi müəllim seçilib. Müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Müəllimlərlə keçirilən bu müsahibə görüşdə Bakıdan birliyin icraçı direktoru Şahin Rəcəbov olmaqla, AVMA İB Ekspertlər Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov, Təhsil Forumu Sosial Platformasının rəhbəri Emil Tağızadə olublar. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.
Layihə 1 may- 31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir. Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir. Layihə üzrə növbəti səfər Şamaxı rayonunda olacaqdır.
Layihənin icrasında dəstək olan tərəfdaş təşkilatlara Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Siyəzən rayon İcra Hakimiyyətinə, Quba- Xaçmaz Regional Təhsil İdarəsinə, Siyəzən rayon Təhsil sektorunun müdiri Fikrət Heybətova, Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin direktoru Rəşad Rəhmanova minnətdarlığımızı bildiririk.
Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) merkezvma@mail.ru emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.