AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

  • + A
  • - A
  • 15-06-2024, 16:41

    Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

    15 iyun – Milli Qurtuluş Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında konsert proqramı təşkil olunub. İlk öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişlər.

    Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə keçirilən təntənəli bayram konsertində şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

    Tədbir zamanı bildirilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınıb və bugünki inkişafımızın əsası qoyulub.

    Respublikamızın xalq və əməkdar artistlərinin, sevilən mədəniyyət və incəsənət xadimlərinin təqdim etdiyi və sakinlərin böyük coşqu ilə iştirak etdiyi konsert proqramı atəşfəşanlıqla sona çatıb.






































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR