AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 iyun tarixin güc, birlik və qardaşlıq simvoludur

  • + A
  • - A
  • 15-06-2024, 17:17

    15 iyun tarixin güc, birlik və qardaşlıq simvoludur

    Azərbaycan xalqı qurtuluşun və zəfərin bəxş etdiyi tarixi günü qeyd edir. Öncə 1993-cü ilin 15 iyun tarixinin qurtuluş dövrünə qısa nəzər salmaq istərdim.

    XX əsrin sonları, xxı əsrin əvvələrində çətin və mürəkkəb zaman kəsiyində xeyirlə şər mübarizə aparırdı. Kreslo sevdalıları hərc mərcliyi alovlandırır, xalqın və dövlətin taleyinə biganə yanaşaraq özlərinin hakimiyyətə gəlməsi üçün vəzifə postları uğrunda savaşırdılar. Heç şübhəsiz ki, bu savaşın nə xalqa, nə də dövlətə faydası vardı.

    Separatizmin, təhdidin, anarxiyanın önünə keçən xalq isə əlini sülhə, sabitliyə uzatdı. Çünki bu yolda dövlətin və xalqın qurtuluşu dayanırdı.
    Bütün gərgin və təlatümlü zamanın fonunda ulu öndər Heydər Əliyev xilaskar olaraq meydana atıldı.
    1993-cü ilin 15 iyununda Naxçıvandan Bakıya qayıtmaqla dövlət çevrilişinin qarşısını aldı. Bununla da o zamankı daxildə amöb kimi törəyən dağıdıcı qüvvələrin ölkəni parçalamaq, talamaq, xalqı məhvə sürükləmək kimi arzu və istəkləri gerçəkləşmədi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan xalqının taleyində Günəş kimi parıldaması sonrakı mərhələlərdə inkişafa yol açdı.


    Qurtuluşdan Şuşa bəyannaməsinə

    2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar formalaşdırır.

    2021-ci ilin 15 iyunu Azərbaycan xalqının tarixində əlamətdar hadisəyə çevrildi. Türkiyə və Azərbaycan arasında tarixi Şuşa bəyannaməsinin imzalanması ulu öndər Heydər Əliyevin söylədiyi “bir millət iki dövlət” şüarını rəsmiləşdirmiş oldu. Şuşa bəyannaməsi bir daha dünyaya Türkiyə Azərbaycan qardaşlığının sarsılmaz olduğunu nümayiş etdirdi. Dünyada belə bir ənənə yoxdu ki, iki dövlət arasında qardaşlıq dostluq telləri bu dərəcədə bir-birinə bağlı olsun.

    Şuşa bəyannaməsinin imzalanması ilə türk dünyasının yeni inkişaf mərhələsinə start verilib. Son illər türk dövlətlərinin daha da gücləndiyini müşahidə edirik. Heç şübhəsiz ki, Şuşa bəyannaməsi təkcə Türkiyə və Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm tarixi sənəddir.

    15 iyun həm qurtuluş, həm də Şuşa bəyannaməsinin imzalanması günü kimi xüsusi əhəmiyyət kəsb edir. Hər iki tarix dünənin və bugünün gücü, birliyi, dostluğu və qardaşlığıdır.

    Namidə Bingöl


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR