Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondu “Ailələrdə sənətkarlığın təşviqi” layihəsinin icrasını uğurlu şəkildə davam etdirir. QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihə çərçivəsində gənclər dərzilik sahəsində biliklər əldə edib və modelyer dizayner kimi formalaşaraq sərbəst peşə sahibinə malik olacaqlar. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə müəyyən mövqe tutmasına dəstək olmaq, onların müəyyən peşə əldə etməsinə və işsizlik məsələlərinin həll edilməsinə kömək etməkdir.
Fondun direktoru Gülbəniz Bayramova bildirir ki, layihə çərçivəsində layihə heyətinin məqsədi gənclərə dəstək olub onların potensialını üzə çıxararaq dərzilik kursunu uğurla başa çatdırsınlar.
Xatırladaq ki, layihə çərçivəsində təşkil olunmuş “Dərzilik” kursunu Fərzəliyev Anar - dərzi ixtisası üzrə fənn müəllimi tərəfindən keçirilir. O, müxtəlif metod üzərində iştirakçılara dərzilik peşəsini professional səviyyədə öyrədərək hazırlaşdırır və hər bir gənc məmnunliyyətlə dərslərdə iştirak edir və öhdəliklərini yerinə gətirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.